Ermənistanda bir gündə 3 minə yaxın yoluxma halı qeydə alınıb

Ermənistanda bir gündə 3 minə yaxın yoluxma halı qeydə alınıb Ermənistanda son sutkada daha 2 811 nəfərdə COVID-19 aşkarlanıb
Region
9 Fevral , 2022 11:11
Ermənistanda bir gündə 3 minə yaxın yoluxma halı qeydə alınıb

Ermənistanda son sutkada daha 2 811 nəfərdə COVID-19 aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 396 885-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 6 nəfər artaraq 8 108-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 556 nəfərdir. İndiyədək 359 456 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 27 762 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi