Ermənistanda benzin və maye qazın qiyməti bahalaşıb.
“Report” xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.
Bildirilib ki, yanacaqdoldurma məntəqələrində benzinin litrinin qiyməti 360-370 dramdan (70 sentdən çox) baha olub. Həmçinin maye qazın qiymətinin də yüksəldiyi vurğulanıb.
Faktı iqtisadi rəqabət üzrə dövlət komissiyası da təsdiqləyib. Komissiyadan gələn il məsələ ilə bağlı açıqlama yayacaqlarını bildiriblər.
Ermənistanın milli valyutası dram ABŞ dollarına nisbətdə ucuzlaşdığından ölkədə başqa məhsullarını qiymətində də bahalaşmanın olacağı gözlənilir.