Ermənistanda hakim fraksiyanın üzvü deputatlıqdan istefa verib

Ermənistanda hakim fraksiyanın üzvü deputatlıqdan istefa verib Ermənistan parlamentinin hakim “Mənim addımım” fraksiyasından olan deputat Lusine Yeqanyan istefa verib.
Region
25 İyun , 2021 16:24
Ermənistanda hakim fraksiyanın üzvü deputatlıqdan istefa verib

Ermənistan parlamentinin hakim “Mənim addımım” fraksiyasından olan deputatı Lusine Yeqanyan istefa verib.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan parlamentinin mətbuat xidməti yayıb.

Onun barəsində parlamentin saytında məlumat yoxdur. Yeqanyanın deputat səlahiyyətlərindən imtina etməsinin səbəbi hələ ki, məlum deyil.

“Parlamentin reqlamenti”nə əsasən, deputat ərizəni yazandan bir həftə ərzində onu geri götürmürsə, onda ali qanunverici orqanın sədri onun səlahiyyətlərinin başa çatması haqqında uyğun açıqlama ilə çıxış edir.

Qeyd edək ki, iyunun 20-də Ermənistanda parlamentə növbədənkənar seçkilər keçirilib.

Son xəbərlər

Orphus sistemi