Ermənistanın Ararat vilayətində yol-nəqliyyat hadisəsi baş verib.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, qəza sentyabrın 5-də Yerevan-Yerasx avtomobil yolunda olub.
Yolun 28-ci kilometrliyində BMW, “ГАЗ 3308” və “Mercedes”in toqquşması nəticəsində 3 nəfər yaralanıb, BMW aşaraq dəmir arakəsməyə çarpılıb.
Bildirilib ki, “ГАЗ 3308” markalı avtomobil Ermənistan Müdafiə Nazirliyinin balansındadır. İlkin ehtimala görə, qəza onun sürücüsünün yol-hərəkət qaydasını pozması səbəbindən baş verib.