Ermənistan İstintaq Komitəsi hökumət binasını ələ keçirmək cəhdində şübhəli bilinən 5 nəfəri saxlayıb.
“Report” xəbər verir ki, bu barədə qurumun mətbuat mərkəzi bildirib.
Ötən gün baş nazir Nikol Paşinyanın istefasını tələb edən nümayişçilər hökumət binasına soxulmağa cəhd etmiş, lakin polis tərəfindən geri sıxışdırılmışdılar. Nəticədə 26 nəfər polis bölmələrinə gətirilib.
“Qanun yolu” hüquq müdafiə təşkilatının rəhbəri Ruben Melikyan “Facebook” səhifəsindən bildirib ki, saxlanılanlar arasında SSRİ vaxtının məşhur boksçusu, dünya və Avropa çempionu İsrael Akopkoxyan da olduğunu söyləyib.