Ermənistanda kəndlilər su tələbi ilə etiraz aksiyası keçiriblər

Ermənistanda kəndlilər su tələbi ilə etiraz aksiyası keçiriblər Ermənistanın Armavir vilayətinin sakinləri suvarma məsələsinin həlli tələbi ilə Aramavir-Yerevan avtomobil yolunu bağlayıblar.
Region
26 İyun , 2021 14:59
Ermənistanda kəndlilər su tələbi ilə etiraz aksiyası keçiriblər

Ermənistanın Armavir vilayətinin sakinləri suvarma məsələsinin həlli tələbi ilə Armavir-Yerevan avtomobil yolunu bağlayıblar.

“Report” xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

Aksiya iştirakçıları bildiriblər ki, bir neçə gündür əkin torpaqlarını suvarmaq üçün su yoxdur. “Bizim problemlə heç kim maraqlanmır”, - aksiya iştirakçıları qeyd ediblər.

Fermerlər Armavir vilayətinin qubernatoru ilə görüş tələb ediblər. Hadisə yerinə cəlb edilən polis əməkdaşları yolu açmağa çalışıb. Aksiya iştirakçıları ilə polis arasında toqquşma baş verib.

Son xəbərlər

Orphus sistemi