Ermənistanda son sutkada daha 195 nəfərdə COVID-19 aşkarlanıb.
“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 345 713-ə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 7 999-a yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 512 nəfərdir. İndiyədək 332 753 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 3 449 aktiv koronavirus xəstəsi var.
Qeyd edək ki, ötən gün ölkədə 129 yoluxma faktı qeydə alınmışdı.