Ermənistanda daha 303 nəfər COVID-19-a yoluxub.
“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 231 625-ə çatıb. Son sutkada koronavirusdan 4 nəfər ölüb.
Bununla da koronavirusdan ölənlərin sayı 4 636-ya yüksəlib.
Koronavirusa yoluxan 220 825 nəfər sağalıb. Hazırda 5 040 pasiyent müalicə olunur.