Ermənistanda son sutkada 180 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.
“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 168 496-ya çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 5 nəfər artaraq 3 135-ə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 786 nəfərdir. İndiyədək 160 670 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 4 085 aktiv koronavirus xəstəsi var.