Ermənistanda son sutkada daha 1 192 nəfərdə COVID-19 aşkarlanıb.
“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 196 044-ə çatıb. İndiyədək 175 401 pasiyent infeksiyadan sağalıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 23 nəfər artaraq 3 575-yə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 918 nəfərdir.
Hazırda 16 150 pasiyent müalicə olunur.