Ermənistanda son sutkada daha 104 nəfərdə COVID-19 aşkarlanıb.
“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 344 930-a çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 7 972-yə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 505 nəfərdir. İndiyədək 331 559 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 3 894 aktiv koronavirus xəstəsi var.