Ermənistanın müxalif “Yerkir Media” telekanalı məlumat yayıb ki, telekanalın direktoru Baqrat Yesayan saxlanılıb.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, telekanalın ilkin məlumatına əsasən, B.Yesayan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin təcridxanasına aparılıb.
Lakin onun saxlanılma səbəbi açıqlanmayıb. Ermənistan Milli Təhlükəsizlik Xidməti də bu barədə məlumat verməyib.
Qeyd edək ki, “Yerkir Media” telekanalı müxalif “Daşnaksütyun” partiyasına məxsusdur. B.Yesayan bu partiyanın üzvüdür. O, müxtəlif illərdə Ermənistan Prezidentinin məsləhətçisi, təhsil və elm nazirinin müavini vəzifələrində çalışıb.