Ermənistanda nazirin avtomobili qəza törədib, bir nəfər ağır yaralanıb

Ermənistanda nazirin avtomobili qəza törədib, bir nəfər ağır yaralanıb Ermənistanın ərazi idarəetmə naziri səlahiyyətlərini icra edən Suren Papikyanı “Toyota” markalı xidməti avtomobili Ararat vilayətinin Surenavan kəndində “Nİva” markalı maşınla toqquşması nəticəsində 14 yaşlı oğlan yaralanıb.
Region
17 İyun , 2021 13:33
Ermənistanda nazirin avtomobili qəza törədib, bir nəfər ağır yaralanıb

Ermənistanın ərazi idarəetmə naziri səlahiyyətlərini icra edən Suren Papikyanın “Toyota” markalı xidməti avtomobilinin Ararat vilayətinin Surenavan kəndində “Niva” markalı maşınla toqquşması nəticəsində 14 yaşlı oğlan yaralanıb.

“Report” “Qraparak”a istinadən xəbər verir ki, “Niva”nı yeniyetmə idarə edirmiş.

Onun komada olduğu bildirilir.

Kəndin icra nümayəndəsi Karo Karapetyan deyib ki, hadisə zamanı Suren Papikyan avtomobildə olmayıb.

Son xəbərlər

Orphus sistemi