Ermənistanda prokurorluğa məmurlarla bağlı cinayət işləri təqdim ediləcək

Ermənistanda prokurorluğa məmurlarla bağlı cinayət işləri təqdim ediləcək Ermənistanda müxalifətçilər çərşənbə günü saat 12:00-da prokurorluğun binasının qarşısında toplaşacaqlar.
Region
7 Oktyabr , 2024 07:45
Ermənistanda prokurorluğa məmurlarla bağlı cinayət işləri təqdim ediləcək

Ermənistanda müxalifətçilər çərşənbə günü saat 12:00-da prokurorluğun binasının qarşısında toplaşacaqlar.

“Report” xəbər verir ki, bu barədə “Müqəddəs Mübarizə” etiraz hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan bildirib.

“Çərşənbə günü saat 12:00-da prokurorluğun binasının qarşısında olun, cinayət işlərini təhvil verəcəyik”, - o deyib.

“Biz müxtəlif məmurlara, hətta bədxahlara qarşı iddia qaldırdıq. Biz istədiyimizə nail olana qədər bu proses məqsədyönlü şəkildə davam edəcək. Bir şey istəyirik: Vətən və şərəf”.

Qeyd edək ki, müxalifətçilər dünən Konstitusiya Məhkəməsi qarşısında aksiya keçiriblər. Aksiya artıq başa çatıb, etirazçılar Baqramyan prospektini açıblar.

Son xəbərlər

Orphus sistemi