Ermənistanın Lori əyalətində qatarla minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb.
“Report” “Shamshyan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Nissan Pathfinder” markalı avtomobil dəmiryolu xəttini keçərkən relslərin arasından çıxa bilməyib.
Hadisə nəticəsində 75 yaşlı sürücü və 3 qadın ölüb.