Ermənistanda respondentlərin 58 faizi KTMT-də üzvlüyün dondurulmasını ölkənin maraqlarına uyğun saymır

Ermənistanda respondentlərin 58 faizi KTMT-də üzvlüyün dondurulmasını ölkənin maraqlarına uyğun saymır Ermənistanda respondentlərin 58 faizi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyün dondurulmasını ölkənin maraqlarına uyğun saymır.
Region
4 Mart , 2024 13:18
Ermənistanda respondentlərin 58 faizi KTMT-də üzvlüyün dondurulmasını ölkənin maraqlarına uyğun saymır

Ermənistanda respondentlərin 58 faizi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyün dondurulmasını ölkənin maraqlarına uyğun saymır.

“Report” “Aysor”a istinadən xəbər verir ki, bu barədə Gallup beynəlxalq sosioloji mərkəzinin Ermənistandakı ofisinin direktoru Aram Navasardyan bildirib.

Onun sözlərinə görə, rəyi soruşulanların 40,3 faizi Ermənistanın nə KTMT, nə də NATO-ya üzv olmasını istəmir. Onlar ölkəni tam neytral görmək arzusundadırlar. Rəyi soruşulanların 28 faizi KTMT-də fəaliyyəti davam etdirməyi, 22,5 faiz isə NATO sıralarına qoşulmağın daha doğru olduğunu açıqlayıb.

“Ermənistan-Rusiya münasibətlərinin kəsilməsi Ermənistanın və erməni xalqının strateji maraqlarına uyğundurmu” sualını respondentlər belə cavablandırıb - 23,2 faiz tam,13,9 faiz daha çox uyğun olduğunu, 16,1 faiz hələ, 42,8 faiz isə tamamilə uyğun olmadığını, 4,8 faiz də qərarsız olduqlarını söyləyiblər.

Qeyd edək ki, sorğu fevralın 26-28-də Ermənistanın 1100 vətəndaşı arasında keçirilib.

Son xəbərlər

Orphus sistemi