Ermənistanda şagirdlər Azərbaycan və türk dillərini öyrənməyə üstünlük verirlər

Ermənistanda şagirdlər Azərbaycan və türk dillərini öyrənməyə üstünlük verirlər Ermənistanda orta məktəb şagirdləri fakultativ fənlər kimi Azərbaycan və türk dillərini öyrənməyi seçirlər
Region
8 Sentyabr , 2022 13:15
Ermənistanda şagirdlər Azərbaycan və türk dillərini öyrənməyə üstünlük verirlər

Ermənistanda orta məktəb şagirdləri fakultativ fənlər kimi Azərbaycan və türk dillərini öyrənməyi seçirlər.

“Report” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bunu təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyan hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, nazirlik orta məktəblərdə istəyə bağlı olaraq Azərbaycan və türk dillərinin, əsas məktəblərdə isə gürcü və fars dillərinin öyrənilməsini təklif edib.

Ermənistanın bütün məktəblərində 2-ci sinifdən rus dili, eləcə də istənilən digər xarici dillər (ingilis, fransız və ya alman) tədris olunur. Artıq bu ölkənin məktəbləri tədris üçün üçüncü xarici dili seçə biləcəklər. Əsas diqqət region ölkələrinin – Azərbaycan, Türkiyə, Gürcüstan və İranın dövlət dillərinə verilir.

Son xəbərlər

Orphus sistemi