Son 20 ildə Ermənistanda 22 mindən çox sahibkarlıq obyekti - müəssisə fəaliyyətini müvəqqəti və yaxud tamamilə fəaliyyətini dayandırıb.
“Report” xəbər verir ki, bu barədə qonşu ölkənin news.am portalı məlumat yayıb.
Məlumata görə, biznesin ağı vəziyyəti ölkədə vergi ödəmələrinə də təsir edib və 20 il ərzində 16% azalma baş verib.
İqtisadçıların qənaətincə, müəssisələrin bağlanması tendensiyası bu il də davam edəcək.
Qeyd edək ki, son 25 ildə Ermənistanda müəssisələr üçün elektrik enerjisinin tarifi 2 dəfə artırılıb. Bu isə istehlakçıların 90%-nə təsir göstərib.