Ermənistan Prezidenti Armen Sarkisyan Nikol Paşinyanın Baş nazir təyin olunmasına dair sərəncam imzalayıb.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Prezidentinin mətbuat xidməti yayıb.
Ermənistan Konstitusiyasına əsasən, ölkə prezidenti yeni parlament səlahiyyətlərinin icrasına başlayandan dərhal sonra Baş nazir postuna çoxluğun nümayəndəsini hökumət başçısı təyin edir.
Nazirlər Kabineti isə Baş nazir təyinatından sonra 15 gün ərzində formalaşır. Hökumət başçısı 20 gün ərzində parlamentə Nazirlər Kabinetinin proqramını təqdim etməlidir.
Ermənistan parlamentində çoxluqda olan “Vətəndaş müqaviləsi” fraksiyası Baş nazir səlahiyyətlərinin icra edən Nikol Paşinyanın namizədliyini bu posta irəli sürüb.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə fraksiyanın katibi Nazeli Baqdasaryan feysbuk səhifəsində yazıb.
Ermənistan Konstitusiyasına əsasən, ölkə prezidenti yeni parlament səlahiyyətlərinin icrasına başlayandan dərhal sonra Baş nazir postuna çoxluğun nümayəndəsini hökumət başçısı təyin edir.
Nazirlər Kabineti isə Baş nazir təyinatından sonra 15 gün ərzində formalaşır. Hökumət başçısı 20 gün ərzində parlamentə Nazirlər Kabinetinin proqramını təqdim etməlidir.
Qeyd edək ki, bu il iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərdə Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın Vətəndaş Müqaviləsi Partiyası (71 deputat) qalib gəlib. Keçmiş prezident Robert Koçaryanın “Ermənistan” bloku 29 deputat, sabiq dövlət başçısı Serj Sarqsyan və Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyanın “Şərəf duyuram” bloku 7 deputatla parlamentdə təmsil olunurlar.