Ermənistan İstintaq Komitəsinin sabiq sədri, keçmiş baş prokuror Aqvan Ovsepyanın həbs müddəti 2 ay uzadılıb.
"Report" bu barədə "Sputnik Armeniya"ya istinadən xəbər verir.
Ovsepyanın vəkili Sasun Rafaelyan bildirib ki, qərardan Apellyasiya Məhkəməsinə şikayət ediləcək.
Qeyd edək ki, Ovsepyan 2004-2013-cü illərdə baş prokuror, o cümlədən 2014-2018-ci illərdə İstintaq Komitəsinin rəhbəri olub.
O qanunsuz sahibkarlıq fəaliyyəti, rüşvətxorluq, dələduzluq və çirkli pulların yuyulmasında ittiham olunur.