"Ermənistanın müdafiə naziri Suren Papikyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasında iştirak etməməsi texniki səbəblərlə bağlıdır".
“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu hakim Mülki Müqavilə Partiyasının katibi Artur Hovhannisyan deyib.
Onun sözlərinə görə, məsələni siyasiləşdirməyə ehtiyac yoxdur: “Son günlər KTMT-Ermənistan münasibətləri barədə kifayət qədər təfərrüatlı danışırıq. Amma nazirin iclasda iştirak etməməsi siyasi yox, texniki xarakter daşıyır”.
Qeyd edək ki, S.Papikyan KTMT ölkələrinin müdafiə nazirlərinin Belarusun paytaxtı Minskdə keçirilən iclasında iştirak etməyib.