Ermənistanın "qanuni oğruları" Paşinyanı müdafiə edir

Ermənistanın "qanuni oğruları" Paşinyanı müdafiə edir Qeyd edək ki, Ermənistanda cinayətkar aləmdə tanınmış Sasun Mikaelyan bu yaxınlarda azadlığa buraxılıb.
Region
20 Noyabr , 2020 12:31
Ermənistanın qanuni oğruları Paşinyanı müdafiə edir
Nikol Paşinyan

Cinayətkar aləmin tanınmış fiqurları Ermənistanın baş naziri Nikol Paşinyanın müdafiəsinə qalxıb.

“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

“Qanuni oğru” sayılan Ara və Alik Banduryan hakim “Mənim addımım” fraksiyasından olan deputatları hədələyərək bildiriblər ki, Nikol Paşinyana qarşı çıxış edib istefasını tələb etsələr öldürüləcəklər. Vurğulanıb ki, belə hədələyici xəbərdarlığı fraksiyanın 27 deputatı alıb.

Qeyd edək ki, Ermənistanda cinayətkar aləmdə tanınmış Sasun Mikaelyan bu yaxınlarda azadlığa buraxılıb.

Xatırladaq ki, Ermənistan parlamentinin 132 üzvü var. Onların 88-i “Mənim addımım” fraksiyasının, 44-ü isə müxalifətin üzvləridir.

Son xəbərlər

Orphus sistemi