Ermənistanın Şirak hava limanına və Gümrü dəmiryolu vağzalına bomba qoyuması barədə məlumat yayılıb.
“Report” “News.am”a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Vurğulanıb ki, sərnişinlər və işçilər hər iki obyektin ərazisindən təxliyə ediliblər. Hava limanında və dəmiryolu vağzalında kinoloqlar işləyirlər.
Qeyd edək ki, daha əvvəl də oxşar iddialar yayılmışdı.