Estoniya Rusiyanı rəsmi şəkildə terrorçu-dövlət kimi tanımağa hazırlaşır.
“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Estoniya parlamentinin Xarici işlər komitəsindən bildirilib.
Qeyd edək ki, oktyabrın 10-da Rusiya Ukraynanın paytaxtı Kiyev və başqa şəhərləri raket atəşinə tutub. İlkin məlumata görə, hücum nəticəsində 10 nəfər ölüb, 60 nəfər yaralanıb.