Estoniya Xarici İşlər Nazirliyi (XİN) Rusiyaya cavab verib.
“Report” TASS-a istinadən bildirir ki, bu barədə Estoniya XİN-dən bildirilib.
Qeyd olunub ki, Rusiya səfiri Estoniya səfirinin Moskvadan ayrılması ilə eyni vaxtda Tallini tərk etməlidir.
Xatırladaq ki, daha əvvəl Rusiya fevralın 7-dək ölkəni tərk etməklə bağlı Estoniya səfirinə xəbərdarlıq etmişdi.
Estoniya səfirindən fevralın 7-dək Rusiya Federasiyasının ərazisini tərk etmək tələb olunub.
“Report” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Estoniyanın Rusiyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, ona Estoniya hakimiyyətinin hərəkətləri ilə bağlı sərt etiraz notası təqdim edilib.
XİN ikitərəfli münasibətlərin belə inkişafı ilə bağlı məsuliyyətin tamamilə Estoniya tərəfinin üzərinə düşdüyünü izah edib.
Səfirə deyilib ki, Rusiya Federasiyası bundan sonra da Estoniya rəhbərliyinin düşməncəsinə addımlarına cavab verməyə davam edəcək.