Estoniyanın baş naziri Yuri Ratas vəzifəsindən istefa verəcəyini açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə məlumatı “Sputnik” yayıb.
42 yaşlı baş nazir istefa qərarını sədri olduğu Mərkəzçi Partiyaya qarşı açılan cinayət işi üzrə irəli sürülən ittihamlar fonunda qəbul etdiyini söyləyib.
Partiya “Porto Franco” şirkətinə güzəştli dövlət krediti verməkdə şübhəli bilinir.