Can Azərbaycan tarixində mühüm dönüş nöqtəsi olan 15 iyun Milli Qurtuluş Gününü qeyd edir. Müstəqillik yolunda şəhid olan bütün qəhrəmanlarımızı rəhmətlə yad edirəm.
“Report” xəbər verir ki, bunları Türkiyə Prezident Administrasiyasının kommunikasiya idarəsinin rəhbəri Fahrettin Altun “X”dəki hesabında yazıb.
“Qardaş və dost ölkə Azərbaycanla acımız, kədərimiz, sevincimiz birdir. “Bir millət, iki dövlət” şüarı ilə birlik və həmrəyliyimiz əbədi davam edəcək”, - Fahrettin Altun qeyd edib.