“Ermənistanın müvafiq dövlət qurumları, xüsusən də, xarici işlər və müdafiə nazirlikləri Baş nazir Nikol Paşinyanın tezislərinə, göstərişlərinə artıq tam tabe olmur”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistanda sülh əleyhinə olan müəyyən qüvvələr münaqişəni yenidən gündəmə gətirmək və vəziyyəti gərginləşdirməyə çalışırlar: “İnanmıram ki, Ermənistanın vəziyyətə təsir etməsi üçün potensialı var. Ermənistan hökuməti son iki ayda müəyyən dərəcədə müsbət addımlar atıb.”
F.Şəfiyev qeyd edib ki, Azərbaycan Ermənistanın təxribatlarına cavab verməyə qadirdir: “Sərhəddə baş verən son hadisələr göstərdi ki, Azərbaycan Ordusu tutarlı cavab verməyə hazırdır”.