Fransa Ermənistanın Sünik vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanı İrəvana ekstradisiya etməkdən imtina edib.
“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğundan bildirilib.
Fransa məhkəməsi Ermənistanın S.Xaçatryanın ekstradisiyası ilə bağlı tələbini rədd edib.
Qeyd edək ki, Sünik vilayətinin keçmiş qubernatoru 2019-cu ildən axtarışdadır. Onun barəsində qiyabi həbs qərarı çıxarılıb. S.Xaçatryan vəzifə səlahiyyətlərindən sui-istifadədə, vəzifə saxtakarlığında, dövlətə ziyan vurmaqda ittiham olunur.