Fransa və Ermənistan XİN başçıları arasında görüş başa çatıb - YENİLƏNİB

Fransa və Ermənistan XİN başçıları arasında görüş başa çatıb - YENİLƏNİB Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş başlayıb.
Region
28 Aprel , 2023 14:56
Fransa və Ermənistan XİN başçıları arasında görüş başa çatıb - YENİLƏNİB

Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş başa çatıb.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, onlar regiondakı durumu müzakirə ediblər. 

A.Mirzoyan bildirib ki, Ermənistan sülh danışıqlarını davam etdirməyə hazırdır.

13:41

İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna arasında görüş başlayıb.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edək ki, fransalı nazir aprelin 27-də Bakıda səfərdə olub.

Son xəbərlər

Orphus sistemi