Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ikiqat terror təhlükəsinin artdığını müyyənləşdirib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə MDB Parlamentlərarası Assambleyası çərçivəsində Xidmətin direktoru Aleksandr Bortnikov məlumat verib.
“İkiqat terrorların törədiləcəyi təhlükəsi artır. Terrorçular birinci hücumdan sonra həmin yerə asayiş keşikçilərinin gələcəyinin gözləyirlər. Onlar gələndən sonra təkrar hücuma keçirlər”, - o qeyd edib.