Ərdoğan: G7-dən daha ədalətli, əhatəli və realist bir yanaşma gözləyirik

Ərdoğan: G7-dən daha ədalətli, əhatəli və realist bir yanaşma gözləyirik G7-dən daha ədalətli, əhatəli və realist bir yanaşma gözləyirik.
Region
14 İyun , 2024 19:52
Ərdoğan: G7-dən daha ədalətli, əhatəli və realist bir yanaşma gözləyirik

G7-dən daha ədalətli, əhatəli və realist bir yanaşma gözləyirik.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" hesabındakı paylaşımında deyib.

"Ümid edirəm ki, bu gün İtaliyada keçirilən G7 Liderlər Zirvəsi bəşəriyyət üçün faydalı olacaq. Qlobal problemlərin və regional münaqişələrin həllində G7-dən daha ədalətli, əhatəli və realist bir yanaşma gözlədiyimizi vurğulamaq istərdim”, - o bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyada G7-nin sammitində iştirak edir.

Son xəbərlər

Orphus sistemi