G7 liderləri Ukraynanı dəstəkləməyə davam edəcəklərinə söz veriblər - YENİLƏNİB

G7 liderləri Ukraynanı dəstəkləməyə davam edəcəklərinə söz veriblər - YENİLƏNİB Ukraynadakı obyektlərə kütləvi zərbələrin endirilməsinin nəticələrini müzakirə etmək üçün G7 ölkələrinin liderlərinin videobağlantı formatında fövqəladə iclası başlayıb.
Region
11 Oktyabr , 2022 17:53
G7 liderləri Ukraynanı dəstəkləməyə davam edəcəklərinə söz veriblər - YENİLƏNİB

G7 ölkələrinin başçıları görüş zamanı Ukraynaya lazım olan müddətdə dəstəyi davam etdirəcəklərinə söz veriblər.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

"Biz maliyyə, humanitar, hərbi, diplomatik və hüquqi dəstək verməyə davam edəcəyik və lazım olduğu müddətdə Ukraynanın yanında möhkəm dayanacağıq", - ABŞ, Almaniya, Yaponiya, Fransa, İtaliya, Kanada və Böyük Britaniya liderləri bəyan ediblər.

Onlar həmçinin Rusiyaya əlavə iqtisadi məhdudiyyətlərin tətbiq ediləcəyini vəd edib və Ukraynanın hərbi və müdafiə texnikasına olan təcili ehtiyaclarını ödəmək üçün səyləri əlaqələndirəcəklərini bildiriblər.

17:28

Ukraynadakı obyektlərə kütləvi zərbələrin endirilməsinin nəticələrini müzakirə etmək üçün G7 ölkələrinin liderlərinin videobağlantı formatında fövqəladə iclası başlayıb.

“Report” xəbər verir ki, videokonfransda G7 nümayəndələri ilk növbədə Ukraynada son eskalasiyanın nəticələri məsələsinə baxacaqlar.

İclas iştirakçıları həmçinin enerji sektoru və enerji qiymətləri ilə bağlı məsələləri müzakirə edəcəklər.

Son xəbərlər

Orphus sistemi