Giorgi Qaxariya: “Gürcüstan qonşu ölkələrlə mehriban münasibətlərini qoruya bildi”

Giorgi Qaxariya: “Gürcüstan qonşu ölkələrlə mehriban münasibətlərini qoruya bildi” “Gürcüstanın təhlükəsizliyi və bölgədə maraqlarını möhkəmləndirmək üçün mümkün olan hər bir addımı atmalıyıq”.
Region
23 Dekabr , 2020 12:03
Giorgi Qaxariya: “Gürcüstan qonşu ölkələrlə mehriban münasibətlərini qoruya bildi”
Giorgi Qaxaria

“Gürcüstanın təhlükəsizliyi və bölgədə maraqlarını möhkəmləndirmək üçün mümkün olan hər bir addımı atmalıyıq”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri səlahiyyətlərini icra edən Giorgi Qaxariya parlamentdə keçirilən dinləmələr zamanı bildirib.

Onun sözlərinə görə, bölgədə baş vermiş çətin proseslərə baxmayaraq, Gürcüstan ehtiyatlı bitərəfliyini saxlaya bildi: “Gürcüstan qonşu ölkələrlə mehriban qonşuluq münasibətlərini qoruya bildi ki, bu da ölkənin inkişafı üçün müstəsna əhəmiyyət kəsb edir”.

G.Qaxariya qeyd edib ki, Gürcüstanın regional funksiyasını inkişaf etdirmək əsas məqsədlərdən biridir.

Son xəbərlər

Orphus sistemi