Güclü qasırğa səbəbindən Stavropolda fövqəladə vəziyyət elan edilib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Stavropol qubernatorou Vladimir Vladimirov deyib.
Bildirilib ki, güclü külək Stavropolda 35 min nəfəri işıqsız qoyub. Stavropol və Mixaylovsk şəhərlərində 100-dən çox ağac aşıb, 26 tikilinin dam örtüyünə zərər dəyib.