“Gürcü Arzusu”: Növbədənkənar seçkilərin keçirilməsi tələbi əsassızdır

“Gürcü Arzusu”: Növbədənkənar seçkilərin keçirilməsi tələbi əsassızdır Gürcüstanın hakim Gürcü Arzusu Partiyası müxalifətin növbədənkənar parlament seçkiləri ilə bağlı tələblərini əsassız hesab edir.
Region
18 Fevral , 2021 14:13
“Gürcü Arzusu”: Növbədənkənar seçkilərin keçirilməsi tələbi əsassızdır

Gürcüstanın hakim Gürcü Arzusu Partiyası müxalifətin növbədənkənar parlament seçkiləri ilə bağlı tələblərini əsassız hesab edir.

“Report”un yerli bürosu xəbər verir ki, bunu partiya üzvü Givi Mikanadze deyib.

Onun sözlərinə görə, bununla bağlı çağırışlar arqumentlərdən məhrumdur.

Partiya rəsmisi ötən il parlament seçkilərinin ədalətli keçirildiyini qeyd edib.

“Gürcü Arzusu”nun digər nümayəndəsi, parlamentin Hüquqi məsələlər üzrə komitəsinin sədri Mixeil Sarcveladze isə hesab edir ki, ölkədəki proseslər növbədənkənar seçkilərlə nəticələnməyəcək.

Qeyd edək ki, baş nazir Giorgi Qaxariyanın istefasından sonra Gürcüstan müxalifəti növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edib.

Son xəbərlər

Orphus sistemi