Gürcü ekspert: "Ermənistanı düşdüyü vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər”

Gürcü ekspert: "Ermənistanı düşdüyü vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər” "Yuxarı Lars" keçid məntəqəsinin bağlanmasına görə Ermənistanı düşdüyü vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər”.
Region
3 Dekabr , 2023 13:23
Gürcü ekspert: Ermənistanı düşdüyü vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər”

"Yuxarı Lars" keçid məntəqəsinin bağlanmasına görə Ermənistanı düşdüyü vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər”.

Bu fikri "Report"un yerli bürosuna gürcü hərbi-siyasi ekspert Vaxtanq Maysaya Ermənistanı Rusiya ilə birləşdirən yeganə "Yuxarı Lars” keçid məntəqəsinin bağlanmasına münasibət bildirərkən deyib.

“Onun üçün Ermənistan tərəfi mütləq sülh müqaviləsinə imza atmalıdır. Əks təqdirdə yaranmış vəziyyət onun sonunu gətirəcək", - ekspert vurğulayıb.

O, qeyd edib ki, sülh müqaviləsi iqtisadi əlaqələrə yol açacaq: "Müqavilə imzalanandan sonra Ermənistanın Azərbaycan və Türkiyə ilə ticari-iqtisadi əlaqələri də düzələcək. Bu isə onlar üçün yeni dəhlizin açılması deməkdir. Həmin dəhlizlə də Cənubi Qafqazın həm ticari potensialı artmış olacaq, həm də təhlükəsizliyi qorunacaq".

Politoloq qeyd edib ki, bu gedişlə ən geci 2024-cü ilin yanvar-fevral aylarında sülh müqaviləsi imzalanacaq: “Çünki, rəsmi İrəvan başa düşür ki, imzalanacaq sülh müqaviləsi onları xilas etməklə yanaşı, regionu iqtisadi cəhətdən də güclü edəcək”.

Son xəbərlər

Orphus sistemi