Gürcü politoloq: Qərb ölkələri Gürcüstanda çaxnaşma salmağa çalışırlar

Gürcü politoloq: Qərb ölkələri Gürcüstanda çaxnaşma salmağa çalışırlar Hazırda ABŞ və bəzi Qərb ölkələri ilə Gürcüstan arasında yaranan vəziyyət daha başqa istiqamətlərə gedir.
Region
7 Oktyabr , 2024 13:35
Gürcü politoloq: Qərb ölkələri Gürcüstanda çaxnaşma salmağa çalışırlar
Badri Nackebia

Hazırda ABŞ və bəzi Qərb ölkələri ilə Gürcüstan arasında yaranan vəziyyət daha başqa istiqamətlərə gedir.

Bunu "Report"un Gürcüstan bürosuna açıqlamasında politoloq, Gürcüstanın əməkdar jurnalisti Badri Nackebia deyib.

O qeyd edib ki, Qərb ölkələri Gürcüstanı ciddi sanksiyalarla hədələyir, daxildə çaxnaşma salmağa çalışırlar:

“İnanıram ki, çətin günlərdən alnı açıq çıxa biləcəyik. Gürcüstan Parlament sədrinin ölkənin ABŞ-nin bir ştatı olmaması ilə bağlı açıqlaması təəccüblü deyil”.

B.Nackebia hesab edir ki, belə davam etsə Gürcüstan böyük sıxıntılar çəkəcək.

“Amma Çinlə münasibətlərin yaxşılaşması hansısa formada bu çətinlikdən çıxmağa kömək edəcək. İnanıram ki, Gürcüstanın diplomatiyası bütün bunların öhtəsindən gələcək”, - deyə B.Nackebia bildirib.

Son xəbərlər

Orphus sistemi