Gürcüstandan “3+3” formatının Moskva görüşünə etiraz

Gürcüstandan “3+3” formatının Moskva görüşünə etiraz Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) “3+3” əməkdaşlıq plarforması çərçivəsində dekabrın 10-da Moskvada keçirilmiş məsləhətləşmələrdə dövlət bayrağının istifadəsini qəbuledilməz hesab edir.
Region
13 Dekabr , 2021 23:20
Gürcüstandan “3+3” formatının Moskva görüşünə etiraz
0 : 00
0 : 00

Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) “3+3” əməkdaşlıq plarforması çərçivəsində dekabrın 10-da Moskvada keçirilmiş məsləhətləşmələrdə dövlət bayrağının istifadəsini qəbuledilməz hesab edir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə XİN-in yaydığı bəyanatda bildirib.

Sənəddə qeyd olunub ki, Gürcüstan “3+3” regional formatı ilə bağlı dəqiq mövqeyini dəfələrlə bəyan edib: “Gürcüstanın bu formatda iştirakını müzakirə etməyəcəyik. Moskvada dekabrın 10-da keçirilən görüşdə Gürcüstan bayrağı təqdim olunub, və bu, əlbəttə ki, bizim üçün qəbuledilməzdir. Biz buna müvafiq diplomatik kanallar vasitəsilə reaksiya vermişik”.

Qeyd edək ki, Moskva toplantısında Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiya təmsil olunub. İclasda çoxşaxəli regional əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi