"Beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü olaraq Gürcüstan Cənubi Qafqaz regionunda sülh və inkişafı təşviq edir".
“Report” xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani ATƏT-in xarici işlər nazirlərinin iclasında çıxışı zamanı bildirib.
“Gürcüstan, Azərbaycan və Ermənistandan ibarət üçtərəfli dialoq platformasının yaradılması üzrə yeni təşəbbüs irəli sürürük. Gürcüstan müxtəlif formalı üçtərəfli görüşlərə ev sahibi olmağa hazırdır”, - o əlavə edib.
Zalkaliani həmçinin Gürcüstanın Baş nazirinin BMT Baş Assambleyasının sentyabr ayında keçirilmiş iclası zamanı dinc qonşuluq təşəbbüsü ilə də çıxış etdiyini xatırladıb.