Gürcüstan azərbaycanlıları Novruzla bağlı baş nazirə müraciət ediblər

Gürcüstan azərbaycanlıları Novruzla bağlı baş nazirə müraciət ediblər Müraciət bu gün hökumət administrasiyasına təqdim edilib
Region
11 Mart , 2021 18:02
Gürcüstan azərbaycanlıları Novruzla bağlı baş nazirə müraciət ediblər
İrakli Qaribaşvili

Gürcüstanda azərbaycanlıların təmsil olunduğu bir neçə təşkilat və ictimai fəal ölkənin baş naziri İrakli Qaribaşviliyə müraciət ediblər.

“Report”un yerli bürosu xəbər verir ki, müraciət müəllifləri Novruz bayramı günü Gürcüstanda tətbiq olunan “komendant saatı”nın ləğvini xahiş edirlər.

Sənəddə bildirilib ki, bayramın qeyd olunması, qonaq getmək və tonqal qalamaq axşam saatlarına təsadüf edir. Bu səbəbdən bayramın ənənələrinə uyğun tədbirlərin qanun pozuntusuna yol vermədən keçirilməsi üçün “komendant saatı”nın martın 21-də aradan götürülməsi təklif olunur.

Müraciət bu gün hökumət administrasiyasına təqdim edilib.

Təşəbbüs “Aktual Media” təşkilatı və onun nəzdindəki Aktual.ge xəbər portalının rəhbəri İlkin Hüseynova məxsusdur.

Qeyd edək ki, Gürcüstanda pandemiya səbəbindən ötən ilin noyabrından saat 21:00-dan saat 05:00-dək ölkə üzrə piyadalar və avtomobillərin hərəkətinə icazə verilmir.

Son xəbərlər

Orphus sistemi