Aprelin 27-dən Gürcüstanda Çinin “Sinopharm” vaksini ilə peyvəndlənmək üçün qeydiyyata start veriləcək.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qərarı Gürcüstanın Səhiyyə Nazirliyinin nəzdindəki İmmunizasiya Şurası qəbul edib.
Qərara əsasən, gələn həftə ərzində preparatın tətbiqi ilə bağlı protokollar və tövsiyələrin hazırlanması üzrə işlər yekunlaşdırılacaq.
“Sinopharm”la peyvəndlənmə prosesinə gələn ay başlanılması nəzərdə tutulub.
Qeyd edək ki, Gürcüstan 100 min dozadan ibarət Çin peyvəndini aprelin 3-də tədarük edib. Qonşu ölkədə “AstraZeneca” preparatı ilə vaksinasiyaya martın 15-də, “Pfizer”lə isə martın 30-da başlanılıb.