“Sabiq prezident Mixeil Saakaşvili Gürcüstan sərhədini keçməyib”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyində keçirilən brifinqdə bildirilib.
Qeyd olunub ki, Ukrayna tərəfi ilə dəqiqləşdirilib ki, keçmiş dövlət başçısı ölkəni tərk etməyib.
“Mixeil Saakaşvili axtarışdadır. O, Gürcüstan sərhədini keçən kimi həbs olunacaq”, - brifinqdə deyilib.