“Yaxın zamanlarda Gürcüstan sakinləri koronavirusa qarşı “Pfizer” vaksini ilə peyvənd olunacaqlar”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Ekaterina Tikaradze ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnanla görüşdə bildirib.
Nazir səfiri Gürcüstandakı epidemioloji vəziyyət barədə məlumatlandırıb. Tərəflər pandemiya ilə mübarizə və vaskinasiya məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, Gürcüstan hökuməti əhalinin 20 %-i üçün peyvənd alacaq. Preparatın ölkəyə gələn ay çatdırılacağı gözlənilir.