Gürcüstan “GUAM-Yaponiya” formatında əməkdaşlığı dərinləşdirəcək

Gürcüstan “GUAM-Yaponiya” formatında əməkdaşlığı dərinləşdirəcək Gürcüstanın xarici işlər nazirinin müavini Vaxtanq Maxaroblişvili Yaponiyanın bu ölkədəki səfiri Akira İmamura ilə görüşüb.
Region
3 Fevral , 2021 22:12
Gürcüstan “GUAM-Yaponiya” formatında əməkdaşlığı dərinləşdirəcək

Gürcüstanın xarici işlər nazirinin müavini Vaxtanq Maxaroblişvili Yaponiyanın bu ölkədəki səfiri Akira İmamura ilə görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

Tərəflər ölkələr arasında müxtəlif sahələrdə mövcud əlaqələri nəzərdən keçiriblər və əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətindən danışıblar.

Söhbət zamanı GUAM təşkilatının Yaponiya ilə əməkdaşlıq məsələləri də müzakirə olunub. Qeyd olunub ki, “GUAM-Yaponiya” formatı ən uğurlu əməkdaşlıq formatlarından biridir. Gürcüstan tərəfi cari ildə təşkilata sədrliyi çərçivəsində bu formatda əməkdaşlığın dərinləşdirilməsinə hazırlığını ifadə edib.

Son xəbərlər

Orphus sistemi