Gürcüstan hakimiyyəti və müxalifəti arasında razılaşma imzalandı

Gürcüstan hakimiyyəti və müxalifəti arasında razılaşma imzalandı Gürcüstanın hakimiyyəti və müxalifət partiyalarının nümayəndələri siyasi böhrandan çıxış üzrə yenilənmiş planı imzalayıblar
Region
19 Aprel , 2021 22:13
Gürcüstan hakimiyyəti və müxalifəti arasında razılaşma imzalandı

Gürcüstanın hakimiyyəti və müxalifət partiyalarının nümayəndələri siyasi böhrandan çıxış üzrə yenilənmiş planı imzalayıblar.

“Report”un yerli bürosu xəbər verir ki, imzalanma mərasimi Gürcüstanın prezident sarayında baş tutub.

Mərasimdə Gürcüstan prezidenti Salome Zurabişvili, ABŞ və Avropa İttifaqının səfirləri – Kelli Deqnan və Karl Hartzel də iştirak ediblər. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel tədbirə onlayn formatda qatılıb.

Müxalif Vahid Milli Hərəkat Partiyası (VMHP) və Avropalı Gürcüstan Partiyası (AGP) sənədi imzalamaqdan imtina ediblər. VMHP və AGP üzvləri - Salome Samadaşvili və David Bakradze razılaşmaya fərdi qaydada imza atıblar.

Qeyd edək ki, Ş.Mişelin təklif etdiyi “Gürcüstanın gələcək yolu” adlı yeni razılaşma tərəflərə öncə təqdim olunan plandan iki əsas bəndlə fərqlənir. Həmin bəndlərdə 2019-cu ilin iyununda Tbilisidə etiraz aksiyaları zamanı həbs olunan şəxslərin əfvi və növbədənkənar parlament seçkilərinin 2022-ci ilə təyin edilməsi məsələləri yer alıb. Seçkilər hakim Gürcü Arzusu Partiyasının bu ilin payızında yerli idarəetmə orqanlarına keçiriləcək seçkilərdə 43 % səs toplaya bilməyəcəyi halda təyin olunacaq.

Son xəbərlər

Orphus sistemi