Gürcüstan koronavirusla mübarizə üçün əlavə resurslar səfərbər edir

Gürcüstan koronavirusla mübarizə üçün əlavə resurslar səfərbər edir "Vəziyyət nəzarət altındadır"
Region
26 Aprel , 2021 17:07
Gürcüstan koronavirusla mübarizə üçün əlavə resurslar səfərbər edir

Gürcüstan baş nazirinin tapşırığına əsasən, ölkənin Səhiyyə Nazirliyi koronavirusla mübarizə üçün əlavə çarpayı, dərman vasitələri, oskigen və testlərin əldə olunması üzrə plan hazırlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Dövlət Qurumlarıarası Koordinasiya Şurasının Operativ Qərargahının rəisi Giorgi Qibradze bildirib.

Onun sözlərinə görə, ölkə hadisələrin ən pis inkişaf ssenarisinə hazır olacaq: “Vəziyyət nəzarət altındadır və dövlət prosesə tam nəzarət edir”.

Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabuniya mayın 10-dək koronavirus xəstələri üçün 6 min çarpayının əlavə olunacağını deyib. O deyib ki, hazırda ölkə üzrə aktiv xəstə sayı 14 min nəfər təşkil edir.

Son xəbərlər

Orphus sistemi