Gürcütstanın Mərkəzi Seçki Komissiyasının sədri Tamar Jvaniya vəzifəsini tərk edib.
“Report”un yerli bürosu xəbər verir ki, o, bu barədə bəyanat yayıb.
T.Jvaniya səlahiyyət müddətinin uzadılmamasını istəyib.
Onun sözlərinə görə, bu, siyasi partiyalara yeni sədri yenilənmiş Seçki Məcəlləsinə uyğun olaraq seçməyə imkan verəcək.
Qeyd edək ki, T.Jvaniya MSK-ya 2013-cü ildən sədrlik edib. Ötənilki parlament seçkilərindən sonra onun istefa verməsi müxalifətin əsas tələblərindən biri olub.