Gürcüstan MSK-nın yeni sədrini parlament seçəcək

Gürcüstan MSK-nın yeni sədrini parlament seçəcək Gürcüstanın Mərkəzi Seçki Komissiyasına (MSK) sədr prezidentin tövsiyəsi əsasında parlament tərəfindən seçiləcək.
Region
30 İyun , 2021 13:19
Gürcüstan MSK-nın yeni sədrini parlament seçəcək

Gürcüstanın Mərkəzi Seçki Komissiyasına (MSK) sədr prezidentin tövsiyəsi əsasında parlament tərəfindən seçiləcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu, qanunverici orqanın bu günlərdə Seçki Məcəlləsinə qəbul etdiyi düzəlişlərdə əks olunub.

Yeni sədrin 5 il müddətinə seçilməsi üçün parlament üzvlərinin üçdə iki səs çoxluğu tələb olunacaq.

Qanuna əsasən, MSK sədri postuna bitərəf, ali təhsilli, dövlət dilini sərbəst bilən və ən azı beş illik iş təcrübəsi olan 25 yaşdan yuxarı Gürcüstan vətədaşı namizəd ola bilər.

Sədrin seçilməsi ilə bağlı parlamentin qərarı qəbul ediləndən yeddi gün ərzində MSK-ya təqdim olunmalıdır.

Qeyd edək ki, MSK sədri Tamar Jvaniya bu gün istefa verib. İndiyədək qonşu ölkədə sədri komissiyanın üzvləri seçirdi. Bu baş tutmayanda proses qanunverici orqana ötürülürdü.

Son xəbərlər

Orphus sistemi