Gürcüstan parlamentinin növbədənkənar iclasında ölkənin Mərkəzi Seçki Komissiyasına (MSK) yeni sədr seçilib.
“Report”un yerli bürosu xəbər verir ki, dördüncü səsvermə zamanı Giorgi Kalandarişvilinin namizədliyini 83 deputat dəstəkləyib, 3-ü əleyhinə səs verib.
Yeni sədr MSK-ya növbəti 6 ay ərzində rəhbərlik edəcək.
G.Kalandarişvilinin 5 il müddətinə seçilməsi üçün ən azı 100 səs tələb olunub.
Qeyd edək ki, MSK-nın sabiq sədri Tamar Jvaniya bu ilin iyunun 30-da istefa verib.